CAHİT GÜNAY CAHİT GÜNAY'IN KALEMİNDEN TÜRK DÜNYASI ŞAİR VE YAZARLARI ADİLE ASLANOVA

1 ay önce|Yazan: SELAMİ KURT|4 dakika
CAHİT GÜNAY CAHİT GÜNAY'IN KALEMİNDEN TÜRK DÜNYASI ŞAİR VE YAZARLARI  ADİLE ASLANOVA
CAHİT GÜNAY CAHİT GÜNAY'IN KALEMİNDEN TÜRK DÜNYASI ŞAİR VE YAZARLARI ADİLE ASLANOVA

GÖLGE YAZILAR Köşemizin konuğu; Adile ASLANOVA

GÖLGE YAZILAR Köşemizin konuğu; Adile ASLANOVA

1959 yılında Azerbaycan’ın Zaqatala rayonuna bağlı Lahıc köyünde dünyaya gelen Adilə Aslanova, yalnızca bir eğitimci ya da yönetici değil; aynı zamanda kelimeleriyle insan ruhunun en kırılgan yerlerine dokunan bir şairdir. Bakı Devlet Üniversitesi Filoloji Fakültesi’nden aldığı akademik birikimi, yıllar içinde duygu ve düşüncenin derinliğiyle harmanlayarak edebiyat dünyasında kendine özgü bir yer edinmiştir. 1980’li yıllardan itibaren kalemiyle dönemin ruhunu yakalayan Aslanova, şiirlerinde yalnız bireysel duyguları değil; toplumun, özellikle de kadının iç dünyasını, kırılganlığını ve direncini ustalıkla işler. Onun şiirleri, bir yandan hüzünle yoğrulmuş bir iç hesaplaşma, diğer yandan hayata karşı dimdik durma çağrısıdır. “Heç sevgi şeiri yazmısanmı, qız” şiirinde, sevginin sadece bir duygu değil; acıyla, özlemle ve içsel parçalanmayla örülü bir deneyim olduğunu sorgular. Şair burada, kadının kendi iç dünyasıyla yüzleşmesini isterken, sorular aracılığıyla derin bir vicdan muhasebesi yaptırır. Bu şiirdeki hitap, hem bireysel hem de evrensel bir yankı taşır. “Bənövşə” şiiri ise zarafetin ve direnişin sembolüdür. Boynu bükük bir çiçek üzerinden, hayatın zorluklarına karşı eğilmeyen bir karakter inşa edilir. Şair, kırılgan görünenin aslında ne kadar güçlü olabileceğini hatırlatırken, okuyucuya da bir uyanış çağrısı yapar. Bu şiirde didaktik bir tonla birlikte anaç bir koruyuculuk hissi sezilir. “Gəlmişəm” şiiri ise başlı başına bir hayat yolculuğudur. Geçmişin pişmanlıkları, yaşanamamışlıklar ve insanın kendiyle hesaplaşması bu şiirde yoğun bir şekilde hissedilir. Şair, zamanın acımasız akışı içinde savrulan insanın, yine de bir anlam arayışıyla yürümeye devam ettiğini gösterir. Bu şiirde kader, irade ve kabulleniş iç içe geçer. Adilə Aslanova’nın şiirlerinde dikkat çeken en önemli unsurlardan biri, sade ama derinlikli bir dil kullanımıdır. Halk şiiri geleneğini çağdaş bir duyarlılıkla birleştirerek, hem anlaşılır hem de etkileyici bir üslup oluşturur. Soru cümleleriyle kurduğu diyalog, okuyucuyu pasif bir izleyici olmaktan çıkarıp metnin bir parçası hâline getirir. Altı kitaplık edebi serüveni boyunca; aşkı, hasreti, direnci ve insanın kendiyle olan mücadelesini işleyen şair, özellikle kadın ruhunun inceliklerini dile getirmede güçlü bir ses olmuştur. Onun şiirlerinde acı bir son değil; çoğu zaman acının içinden doğan bir bilinç ve farkındalık vardır. Bugün Adilə Aslanova, yalnızca Azerbaycan edebiyatının değil, Türk dünyasının ortak duygu atlasında yer bulan bir şair olarak; kelimeleriyle kalplere dokunmaya devam etmektedir.

Heç sevgi şeiri yazmısanmı, qız

Qəlbinin tüstüsü vuranda başa, Heç sevgi şeiri yazmısanmı, qız?! Bir quş dimdiyindən məktub salanda, Bəlkə sənə gəlib, yozmusanmı, qız?!

Qızlar ad yazanda daşa- divara, Qınadın özünü, sən bəxti qara?! Hər gecə çəkəndə yuxular dara, Ağrıya, acıya dözmüsənmi, qız?!

Təbib gəzmisənmi, ruhun öləndə? Həsrət dilim- dilim səni böləndə, Nəmli biləyinlə gözün siləndə, Biraz da içinə sızmısanmı, qız?!

Qəbir- qəbir gəzib baş daşlarını, Duydunmu ruhların göz yaşlarını, Tənha gedənlərin qarğışlarını, Eşidib özünü üzmüsənmi, qız?!

Nə sən deyən deyil, nə də mən deyən, Zamanın təkəri deyil ləngiyən, Sən ki o deyilsən, dönən, təngiyən, Uzat əllərini, buzmusanmı, qız?!

Bənövşə

Aldanıb fəsilə düşərsən qara, Dünya sən gördüyün deyil, bənövşə. Boynubükük görüb salarlar tora, Nə güvən, nə də ki əyil, bənövşə.

Çox qalıb bahara, çox qalıb yaza, Kövrək qanadların düşər ayaza, Yer vermə yanında ruhu dayaza, Aman ha, salarsan meyil, bənövşə.

Olmaz ki, özünü lap unudarsan, Şaxtanın dadını tezcə dadarsan, Elə kol dibində itib batarsan, Məğrur ol, mətin ol, sayıl, bənövşə.

Yetirir bu torpaq min bir gül- çiçək, Bəzən vaxtsız solur bir yarpaq, ləçək, Sənə dil uzadar hər ağzıgöyçək, Qəflət yuxusundan ayıl, bənövşə.

Sən qızıl qönçəsən, hələ tər- təzə, Ömrünə bir bahar gələr gizlicə, Sevilib- seçilib əzizlənincə, Olarsan, bir hayıl- mayıl, bənövşə.

Gəlmişəm

İl dolanır, ay ötüşür, gün bitir, Ömür, səndən keçə-keçə gəlmişəm. Dolaşdıqca kəndirinə dünyanın, Ayağımı aça-aça gəlmişəm.

Gah uymuşam fitnəsinə, hirsinə, Çevrilmişəm inadımın tərsinə. Uduzmuşam “bəxt” adında birsinə, Cənnət bilib uça-uça gəlmişəm.

Açılmamış bir kitab var solumda, Yaşanmamış savab qalıb canımda. Çox gecikib sabahım da, danım da, Zəqqunumu içə-içə gəlmişəm.

Əriyir şam, muma dönür göz dağım, Öz əlimi yandırır öz çaxmağım. Qapınızda qalıb o vaxt barmağım, Dalan-dalan, küçə-küçə gəlmişəm.

Haylanmışam, küylənmişəm nəhs kimi, Oturmuşam toy-mağarda, yas kimi. Qıpqırmızı geyinmişəm tərs kimi, Ələkləyib seçə-seçə gəlmişəm.

Səsin düşüb qulağıma ney kimi, İtirmişəm öz ağlımı, key kimi. Sən taxtında oturmusan bəy kimi , Mən zər tutub heçə-heçə gəlmişəm...

Kıymetli Adile hanım bu güzel şiirlerinizi bizimle paylaşdığınız için okuyucularımız adına teşekür ederiz iyi ki varsınız Azerbaycan'a selamlar

Cahit GÜNAY