ÖZBEKİSTANLI ŞAİRLER “Daşkənd, Səmərqənd və Buxaraya olan səfərim ömrümə yazılan günlərdəndir!”Bölüm:4

1 gün önce|Yazan: Yönetici|3 dakika
ÖZBEKİSTANLI ŞAİRLER “Daşkənd,  Səmərqənd və Buxaraya olan səfərim ömrümə yazılan günlərdəndir!”Bölüm:4
ÖZBEKİSTANLI ŞAİRLER “Daşkənd, Səmərqənd və Buxaraya olan səfərim ömrümə yazılan günlərdəndir!”Bölüm:4

Səmərqənd Səmərqəndim-daşları naxışılı, Ey, tarix baxışlı şəhərim! Sən mənim qəlbimə fəxrsən, Günəşli, yağışlı səhərim!

Səmərqənd Səmərqəndim-daşları naxışılı, Ey, tarix baxışlı şəhərim! Sən mənim qəlbimə fəxrsən, Günəşli, yağışlı səhərim!

Sən türkün dünyada Ən böyük izisən! Bir canlı tablosan, Dünyanın gözüsən!

İnsanı heyrətə salansan, Tarixdə əbədi qalansan, Sən mənim qəlbimi coşdurdun, Sən mənə nəğmələr qoşdurdun!

Ey, sənət beşiyim, Ey, ruhlar şəhərim, Səmərqənd-ilhamlı səhərim, Canlı tarixim, hünərim!

Babalar ruhunu Səndəmi qoydular? Daşları, qəlbinin, Gözünün oduyla oydular?

Nədir bu möcüzə? Nədir bu kəhkəşan? Min kərə, maşallah! Min kərə, sənə can!

Səmərqənd, dincəlsin, Qoy, ruhum! Möcüzəm, Məlumum, məchulum! Qoy, sənə vurulum!

Zərəngizin ruhu, Ruhuna oxşadı! Dünyanın ən gözəl şəhəri, Tarixin yaşıdı-Səmərqənd! Səmərqənd, Səmərqənd!

Daşkənd Daşkəndim-daş, kəndim! Babalar səni daş qəlibdə tökdülər? Yüz dəfə ölçdülər, Bir dəfə biçdilər, Daşkəndim?

Bəlkə də bilmədi heç onlar? Zəlzələ qopacaq, Uçanlar dağılıb uçacaq? Daşkəndim, boş kəndim olacaq?

Amma ki, tarixin, Sinəndə izi var, Daşkəndim, Türklüyün özü var, Qocaman əsrlər qoyduğu Üzü var, Daşkəndim!

Nəfəsin insanı güldürür, Sən tarixsən, bunu bildirir. Türklüyün izisən, Tarixin gözüsən!

Mən səni çox sevdim, Hüsnünə güvəndim! Bu günsən, keçmişsən, Bəsbəlli dünəndin!

Daşkəndim, bal kimi, Suyun var! Səmanda bir qatar, Səsələnən durnalar.

Çəmənin, çiçəyin nə əziz? Ruhun da tərtəmiz, Hüsnün də qüsursuz, Ruhuma çox yaxın? Doğmayıq, axı biz?

Turan yolçususan, Daşkəndim! Sevgi elçisisən, Daşkəndim! Sən türkün tarixə bürünmüş kürküsən, Ən gözəl nəğməsən, ən şirin türküsən!

Zərəngiz hüsnünə vuruldu. Sinəndə çay kimi çağladı, duruldu! Daşkəndim, sən var ol, biz varıq! Türk eli, Turanıq, dostlarıq! Buxara (Dünyanınn ən tarixi şəhəri)

Buxara-heyran oldum bu qədim diyara! Gözlərim gülsün, ürəyim sevinsin! Hələ türksən, dönə-dönə gəl, bu diyara, Qəlbində fəxr, qürur, ilham zəngləri dinsin!

Buxara-qədimdən qədim şəhərim, Dünyaca şöhrətim, ən qürurlu yerim! Buxara-istə məndən ruhumu göylərinə sərim, Ey, çırpan ürəyim, ey görən gözlərim!

Buxara-heyran oldum sənə, nəsən sən? Ey qibləgah deyilən müqəddəs, ulu Vətən! Sən türkün göz bəbəyi, mənəviyyatı, ürəyi, Baxışından tarix boylanan türkün gələcəyi!

Buxara-haqqa, Tanrıya, cahana sədamız, Türklüyün qəlbində daşlaşan əbədi nidamız! Dünyada səndən qədim, səndən ulu kim var? Buxara-sən tarixə əzəli, əbədi yadigar!

Buxara-Nəvai baxışlı, peygəmbər duruşlu şəhərim, Qoy, fəxr etsin sənlə bütün nəsillərim! Sən, türkün göz bəbəyi, sən, türkün daş çiçəyi! Könlümdə oyatdın sevgini, istəyi!

Buxara-Zərəngiz heyran oldu sənə, Gələcəm, bu gözəl, sevimli diyara yenə! Əbədi tarixsən, ey ulu məkanım! Sən mənim nəfəsim, ürəyim və canım! Buxara, Buxara, Buxara, Buxara!

Doğmalıq (Özbək ellərini gəzərkən)

Ruhumu oxşadı mənim Özbəkistan çiçəkləri. Yoxsa, yerə enib bu gün, Göy üzünün mələkləri?

Havası saf, suyu təmiz, Sevgisi selləndi, daşdı. Ruhumuz qaynadı, coşdu, Gözlərim incilər saçdı.

Qardaş elin sorağına, Heyran oldum növrağına, Özbəkistan torpağında, Mehman oldum gül bağına.

Türkün eli, bizim eldi, Doğma qardaş, doğma dildi, Birləşəcək türk elləri, Turan eşqi üzə güdü.

Haqqın elçisiyik bizlər, Turan yolçusuyuq bizlər, Bu kəhkəşan, bu çathaçat, Gözümdə canlanır həyat.

Zərəngiz, yürü yolunu, Çagır kökünü, elini, “Can!”-deyib, “Can!”-eşit daha, Dost boynuna sal qolunu!. Əmir Teymurla xəyali söhbət (Əzəmətli Teymur xan türbəsini gəzərkən)

Əmir Teymur türbəsi, Bir əzəmət çeşməsi! Tarixin zəhmli baxışı, Ruhların sel kimi axışı!

Sanki, bu əsrimiz, O əsrə calanır? Ürəyim çırpınır, döyünür, Xəyalım dolanır?

Min haray çəkirəm içimdə, Dadıma ruh gəlir! Xəyalım göylərə uçubdur, Əzəmət, ucalıq mənimlə, Tanrıya yüksəlir!

Ulduzlar necə də sayrışır? Gör, nələr söyləyir, danışır? Bir dünya fatehi sükutda, Yox belə möhtəşəm ruh-ada!

Bir cahan sərvəri, Yatıbdır, “Müəllim”- dediyi Pirinin ayağı altında? Dünyaya mesajdır bu qəbir, Teymur xan adında!

Bax, elmin qiymətin, Göylərə ucaldıb bu dahi! Piri-ustadını özüylə yaşadıb, Qocaldıb bu dahi!

Ey, cahan sərvəri, Sevdin sən müqəddəs, Müəllim- Pirini? Göstərə bilmərəm cahana, Səni tək birini! Yox daha, səndəki qüdrətə Tay olan bir kimsə! Nə inam, nə iman, sineqoq, Nə ruhlar, nə rahib, nə kilsə?

Türkləri sevməyən kəslərə, Türk oğlu, dərs dedi! Zərəngiz, bu hikmət, Bir dünya dərsidir!

Zərəngiz Dəmirçi Qayalı Şair-publisist, Bakı-Daşkənd-Səmərqənd- Buxara, 09.05.2026-16.05.2026.